Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu

Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə «Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu» öz işinə start verib. Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələrlə bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ilk dəfə forum 2001-ci ildə keçirilib və o zaman onun təşkilatçıları məhz o illərdə dünyanın bir çox nümfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclər olub.
Ardı →

Azərbaycanda "həqiqi" hərbi xidmət

Bu gün eşitdiyim bir xəbərdən sonra Azərbaycanda həqiqi hərbi xidmət haqqında yazmaq qərarına gəldim. Düzdü, mən hələ ki hərbi xidmətdə olmamışam, ona görə də hərbi xidmətin içindən, orda əsgərə qarşı münasibətdən, verilən yeməklər, təhqirlərdən, haqsızlıqlardan danışmayacam. Bunları mənim kimi yəqin ki bir çoxlarınız hərbi xidmətlərini başa vurmuşlardan eşitmisiniz, bəziləriniz isə bunları hərbi xidmətin özündə yaşamısınız. Mənim bu gün toxunacağım mövzu gənc oğlanlarımızın hərbi xidmət problemindəndir.


Ardı →

London və tələbəçilik.

Bakıdakı dostlarımdan biri məndən London haqqında soruşdu. Burdakı tələbəçilik, London camaatı və bəzi özünəxas xüsusiyyətlər haqqında kiçik də olsa bir məqalə yazmamı xahiş etdi. Doğrusu bu məqalədə mənim Londonu başqa bir şəhərlə müqayisə etmək yaxud da tərifləmək deyil, mən sadəcə öz təcrübəmdən irəli gələn bəzi məqamları çatdırmaq istərdim.

Əvvəlcə qeyd etmək istərdim ki, burada deyildiyi kimi çox şey fərqlidir. İstər tələbə olmaq istərsə adi bir vətəndaş yaxud da turist. Hər bir təbəqənin özünəməxsus xüsusiyyətləri var. Səhər vaxtı dərsə tələsən tələbəni müşahidə etmək nə qədər təəssürat yaradirsa axşamlar da «kefi kök» evlərinə getməyə çalışan insanları görmək adamda başqa cür təsir oyadır. Amma burada insanlar çox səmimidir və ən çox işlətdikləri söz isə «sorry» yəni bağışla, fərqi yoxdur günah səndə olub ya yox.
Ardı →